Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 00:31

Ramzan Kadırovun rəsmi gəliri iki ildə 50 dəfədən çox artıb


Rusiya prezidenti Vladimir Putin (s) və Ramzan Kadırov, arxiv foto

Çeçenistan rəhbərinin rəsmi portalında Ramzan Kadırovun 2020-ci ilin sonu üçün gəlir və əmlak bəyannaməsi ilə bağlı məlumat yerləşdirilib.

Kavkaz.Realii-nin məlumtına görə, həmin sənədə əsasən Ramzan Kadırovun gəliri göstərilən müddətdə iki dəfədən çox artıb.

2020-ci ildə Kadırovun 381 milyon rubl qazandığı qeyd olunur. Bir il əvvəl-2019-cu ildə onun gəliri 147 milyon, 2018-ci ildə isə yeddi milyon yarım olub. Beləliklə, son iki ildə Ramzan Kadırov sərvətini 50 dəfədən çox artırıb, amma gəlir mənbələri göstərilməyib.

Bəyannamədə qeyd edildiyinə görə, Çeçenistan rəhbərinin 32 min kvadratmetrdən çox olan iki torpaq sahəsi və 2344 kvadrat metrlik bir evi var.

Bundan əlavə, Kadırovun həyat yoldaşının adına 209 kv. metrlik bir mənzil də var. Rəsmi məlumata görə Kadırov hər hansı avtomobilə malik deyil. Amma o, müntəzəm olaraq xarici avtomobillər hədiyyə edir, özü isə zirehli limuzinlər kortejindən qürur duyur.

XS
SM
MD
LG