Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Kadırov Putindən onu jurnalistlərdən qorumasını xahiş edir


Ramzan Kadırov
Ramzan Kadırov

Çeçenistanın ictimai palatası, Rusiyanın “Novaya qazeta” nəşri bu Şimali Qafqaz respublikasında kütləvi edam iddialı məqalə dərc edəndən sonra prezident Vladimir Putinə müraciət edib.

Palata üzvləri Putindən Çeçenistanın hüquq-mühafizə orqanlarını, o cümlədən Axmat Kadırov adına alayın əməkdaşlarını müdafiə etməyi xahiş edirlər.

Müraciət müəlliflərinin rəyinə görə məqalə “Rusiya qəhrəmanı Ramzan Kadırovun rəhbərliyi altında respublikanın nailiyyətlərini kiçildir”.

Şahid ifadəsi

“Novaya qazeta” martın 15-də Çeçenistanda məhkəmədənkənar kütləvi divantutmalar barədə yazıb.

Məqalə Axmat Kadırov polkunun keçmiş əməkdaşının şahid ifadələri əsasında hazırlanıb.

Keçmiş əməkdaş qəzetə deyib ki, o 2016-2017-ci illlərdə çeçenlərin saxlanmasında şəxsən iştirak edib.

Onun sözlərinə görə, sonradan bu adamlar işgəncə verilərək öldürülüb.

Çeçenistan rəhbərliyi bu iddiaları rədd edir, Kreml isə heç bir şərh vermir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, məqalə dərc edilən gün redaksiya binasının girişinə naməlum kimyəvi maddə səpilib.

Müraciət geniş tirajlanır

Çeçenistan ictimai palatasının müraciətində deyilir ki, sözü gedən qəzet “senzuranın yoxluğundan” istifadə edərək və “söz azadlığı” və “jurnalist təhqiqatı” kimi ifadələrin “arxasında gizlənərək” Çeçenistan hüquq-mühafizə orqanlarının əməkdaşlarını “təhqir edib, onlara və ailələrinə mənəvi zərbə vurub, respublikadakı asayişi pozmağa çalışıb”.

Bu müraciət hazırda Çeçenistan və Rusiya mediaları tərəfindən kütləvi tirajlanır.

İnformasiya naziri və Kadırovun köməkçisi Axmed Dudayev bütün Rusiya jurnalistlərini regiona qarşı “böhtanı” dəf etməyə çağırlıb.

Dudayev yazır ki, sözü gedən məqalə “terrorizmə tam son qoymuş” regionda “bütün təbəqələrdən olan əhalinin qəzəbinə səbəb olub”.

XS
SM
MD
LG