Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 03:13

Gedənlər 8, gələnlər 4 dəfə azalıb


Hava limanı

2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117.2 min xarici və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.4 dəfə azdır.

Azərbaycana gələnlərin çoxu (33 faizi) Rusiya Federasiyası vətəndaşları olub.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 8.4 dəfə azalaraq 111.1 min nəfər olub. Ölkə vətəndaşları daha çox (45.2 faizi) Türkiyəyə gediblər.

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı ötən ilin martından karantin rejimidir. Ölkədən xaricə gediş-gəliş məhdudlaşdırılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. İndiyə kimi Azərbaycanda isə ümumilikdə 301 min 661 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 4 min 169 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG