Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:48

Yüzmilyonlarla qadın öz bədəninin sahibi deyil


Türkiyədə qadınların etirazı
Türkiyədə qadınların etirazı

20 ölkə, yaxud ərazidə “zorlayana ərə getməyi” nəzərdə tutan qanunlar var. 43 ölkədə isə nikahdaxili zorlama üzrə qanunvericilik yoxdur

57 ölkədə qadınların yarıya qədərinin öz sağlamlığı, kontraseptlər, cinsi həyatıyla bağlı seçim etmək gücü yoxdur. Aprelin 14-də BMT-nin Əhali Fondu (UNFPA) “Dünya Əhalisinin Vəziyyəti” adlı hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, koronavirus pandemiyası dövründə bədən muxtariyyətinin pozulması daha da dərinləşib, rekord sayda qız-qadın gender əsaslı zorakılıq, erkən nikah kimi zərərli hallara məruz qalıb.

Öz bədəninə nəzarət gücü

“Qadınların yarıya qədərinin hələ də cinsi əlaqə, kontaseptdən istifadə, özünü müalicə etdirməklə bağlı qərar verə bilməməsi hamımızı hiddətləndirməlidir”, – UNFPA-nın İcraçı Direktoru Nataliya Kanem deyib.

“Mahiyyət etibarilə, yüzmilyonlarla qadın və qız öz bədəninin sahibi deyillər. Onların həyatını başqaları idarə edir”, – o, sözlərinə əlavə edib.

Kanemin sözlərinə görə, bədən muxtariyyətinin inkarı qadın və qızların fundamental hüquqlarının pozulmasıdır. Bu həm də bərabərsizliyi dərinləşdirir, gender ayrıseçkiliyindən yaralanan zorakılığa səbəb olur.

Hesabatda qeyd edilir ki, qadınların öz bədəninə nəzarət gücü onların həyatlarının digər sahələrinə də nə dərəcədə nəzarət etməsini şərtləndirir. Daha çox muxtariyyət səhiyyə, təhsil, gəlir və təhlükəsizlikdə irəliləyiş deməkdir.

Əngəllilik, “zorlayana ərə getmək”

Sənəddə təkcə qadın və qızların deyil, kişi və oğlanların da bədən muxtariyyətinin pozulduğu vurğulanır. Üstəlik, əngəllilik vəziyyəti daha da pisləşdirir.

Məsələn, əngəlli qızlar və oğlanlar üç dəfə artıq cinsi zorakılığa məruz qala bilərlər, qızlara risk lap böyükdür, hesabatda deyilir.

Bundan başqa, cəzalandırıcı hüquqi mühit, stiqma, ayrıseçkilik, zorakılıq səviyyəsi gey kişiləri gizli şəkildə kişilərlə cinsi əlaqəyə sövq edir, bu isə İİV yoluxması riskini artırır.

Deputatlar qadın hüquqları fəallarına qarşı
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Onlar sağlamlıqla bağlı adekvat təhsil almır, tibb xidmətləri, test, müalicəyə meylli olmurlar.

Hesabatda o da qeyd olunur ki, 20 ölkə, yaxud ərazidə “zorlayana ərə getməyi” nəzərdə tutan qanunlar var. Yəni, kişi zorladığı qadın, yaxud qızla evlənərsə, cinayət təqibindən yaxa qurtara bilir. 43 ölkədə isə nikahdaxili zorlama üzrə qanunvericilik yoxdur.

Bundan başqa, bəzən pozuntuların araşdırılması zamanı bədən muxtariyyəti daha da pozula bilər. Məsələn, zorlamanın araşdırılması üçün məhkəmə sistemi qurbandan məcburi bakirəlik testindən keçməyi tələb edə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG