Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:57

Vertolyot qəzasında 9 hərbçi həlak olub


Arxiv fotosu

Əfqanıstanda xüsusi qüvvələrin 9 üzvü ölkənin mərkəzində vertolyot qəzasında həlak olub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Qəza martın 17-də Maydan Vardak vilayətində baş verib. Nazirlik insidentin araşdırıldığını bildirir.

“Reuters” hava qüvvələrindəki mənbəyə istinadla vertolyotun havaya qalxarkən raketlə vurulduğunu yazır.

Kabildə isə martın 18-də yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində üç nəfər həlak olub, 11 nəfər yaralanıb. Hökumət işçilərinin olduğu maşın bombaya dəyərək partlayıb.

Hücuma görə məsuliyyəti götürən olmayıb.

Bəzi məlumatlara görə, maşın Kommunikasiyalar Nazirliyinə məxsus olub.

Hadisə baş verən gün Moskvada Əfqanıstan hökuməti, Taliban, Birləşmiş Ştatlar və Rusiyadan nümayəndə heyətlərinin iştirakıyla danışıqlar başlamalıdır.

Əfqanıstan hökuməti hökumət işçilərin, vətəndaş cəmiyyəti liderləri və jurnalistlərə son hücumlar üçün Talibanı ittiham edir. Taliban isə hücumlarda əli olmadığını bildirir.

Şərhlər

XS
SM
MD
LG