Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:24

8 Mart - Beynəlxalq Qadınlar Günüdür


Feministlər: '8 Mart belə qeyd olunmamalıdı'
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Feministlər: '8 Mart belə qeyd olunmamalıdı'

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

8 Mart qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

1975-ci ildə BMT 8 Martı Beynəlxalq Qadınlar Günü kimi elan edib.

8 Mart Azərbaycanda qeyri-iş günüdür.

Qadınlar kişilərdən çoxdur

Ölkə əhalisinin 50.1 faizini qadınlar təşkil edir. Ötən il doğulan körpələrin isə cəmi 46.7 faizi qız uşaqlarıdır. Dövlət Statistika Komitəsinin məlumatında belə bildirilir.

Məlumata görə, orta məktəblərdə çalışan müəllimlərin 80.1 faizi, həkimlərin üçdə ikisi qadınlardır. Ümumtəhsil müəssisələrində təhsil alanların 46.4 faizinin, ali məktəb tələbələrinin isə 48.9 faizinin qızlar olduğu vurğulanır.

Habelə, elm sahəsində çalışan qadınların sayının kişilərdən daha çox – 58.1 faiz olduğu bildirilir.

İlkin məlumatlara görə, qadınlar məşğul əhalinin 48.2 faizini təşkil edir.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29, sahibkarlar arasında 21.3 faiz göstərilir.

Əvvəlki çağırış Milli Məclisə seçkilərlə müqayisədə deputat qadınların da sayı artıb. 1990-cı ildə bu rəqəm 4.3 faiz, 2000-ci ildə 10.7 faiz olubsa, 2020-ci il parlament seçkilərində bu rəqəm 18.3 faizə çatıb.

Amma Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatlarında qadınların həyatındakı neqativ halları əks etdirən rəsmi statistika yer almır.

Son illər Azərbaycanda bir qrup qadın bu günün sırf bayram edilməsinə qarşı çıxır, qadın hüquq və azadlıqlarının müdafiəsinə, qadına şiddətə, məişət zorakılığına qarşı etiraz aksiyaları keçirirlər.

XS
SM
MD
LG