Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:12

Yerevanda müxalifət mitinq keçirib


Yerevanda müxalifət tərəfdarlarının yürüşü. 26 fevral 2021
Yerevanda müxalifət tərəfdarlarının yürüşü. 26 fevral 2021

Nümayişçilər çadırlarda gecələyiblər. AzadlıqRadiosu-nun Ermənistan xidməti ərazidə az sayda polis əməkdaşlarının olduğunu xəbər verir

Yerevanın mərkəzi Baqramyan prospektində müxalifətin “Vətənin xilası hərəkatı” Baş nazir Nikol Paşinyanın istefası tələbiylə mitinq keçirib.

Hərəkatdan baş nazirliyə namizəd Vazgen Manukyan deyib ki, “bu hakimiyyət getməyə məhkumdur”. O, baş nazirin dayağından məhrum edildiyini bəyan edib. Mitinqdən sonra prezidentin iqamətgahına yürüş planlaşdırılıb.

Bir gün öncə Azadlıq meydanında mitinqdən sonra etirazçılar parlament binasına doğru yürüş etmiş, sonradan Baqramyan prospektini bağlayaraq çadır qurmuş, orada gecələmişdilər.

Hərbi əsir, yoxsa...

Hərəkatın təmsilçisi, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan jurnalistlər üçün brifinqdə maraqlı açıqlama verib. O deyib ki, hakimiyyətə gələrsə, bir neçə gün ərzində Azərbaycanla erməni əsirlər məsələsini həll edə bilər.

“İndiki hakimiyyət – uduzmuş hakimiyyətdir, Azərbaycana tələbələri təqdim edə bilmir, bu tələbləri təqdim etməyə mənəvi hüququ yoxdur”, – Artur Vanetsyan deyib.

Prezident İlham Əliyev isə fevralın 26-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransında deyib ki, Azərbaycan bütün hərbi əsirləri qaytarıb. Noyabrın 20-də Ermənistanın Gümrü şəhərindən “göndərilən” 60 nəfərdən çox “terrorçu” isə tutulub.

“Və onları indi "hərbi əsir" adlandırırlar, biz düşünürük ki, bu, məsələnin təhrifidir. Çünki müharibə bitəndən 20 gün sonra hərbi əsir yarana bilməz. Biz bütün hərbi əsirləri qaytarmışıq. Biz onları bizə qaytarılan əsirlərdən əvvəl hətta qaytarmışdıq. Bu insanlar isə hərbi əsir deyil, bunlar terrorçulardır, diversantlardır", - dövlət başçısı bildirib.

***

Kremldən Ermənistana çağırış

Moskvanın Ermənistanda baş verənlərdən dolayı narahatlığı getdikcə artır. Fevralın 26-da Kreml Ermənistanı Azərbaycanla əldə olunmuş razılaşmalara əməl etməyə çağırıb.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Dağlıq Qarabağ razılaşmasının pozulacağına “heç bir təhdid” görmür.

Bir gün öncə Prezident Vladimir Putin Paşinyanla telefon söhbətində sakitliyə çağırıb. Rusiya Ermənistanın əsas müttəfiqidir, bu ölkədə hərbi bazası var.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri Qarabağda atəşkəslə bağlı bəyanat imzalayıblar. Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti geri ala bilib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

***

Müxalifətin parlamentin fövqəladə iclasını keçirmək planı spiker gəlmədiyinə görə alınmayıb. Bu haqda jurnalistlərə “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan məlumat verib.

“Kvorum yoxdur, hakim ‘Mənim Addımım’ fraksiyasının təmsilçiləri gəlməyiblər. Parlamentin lideri, spiker yoxdur. Hakim fraksiya iştirak etmir”, – Marukyan parlamentdə jurnalistlərə deyib.

***

Ötən gecə Ermənistanın paytaxtı Yerevanın mərkəzi Baqramyan prospektində sakitçilik olub, insident yaşanmayıb.

Nümayişçilər çadırlarda gecələyiblər. AzadlıqRadiosu-nun Ermənistan xidməti ərazidə az sayda polis əməkdaşlarının olduğunu xəbər verir.

Səhər saatlarında müxalifətin “Vətənin xilası hərəkatı”ndan baş nazirliyə namizəd Vazgen Manukyan əraziyə gəlib. O, vətəndaşlarla söhbətində deyib ki, Baş nazir Nikol Paşinyan istefaya getməyənəcən gündəlik mitinqlər davam edəcək. Müxalifət lideri qarşıya qoyduqları vəzifənin 90 faiz yerinə yetirildiyini söyləyib.

Parlamentin iclası təyin olunub

İlkin informasiyaya görə, bu günə “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” müxalifət fraksiyalarının təşəbbüsü ilə parlamentin iclası təyin olunub. Daha öncə təyin olunmuş iclas baş tutmamışdı, çünki hakim “Mənim addımım” fraksiyasının üzvləri iclasa qatılmamışdı. Bugünkü iclasın baş tutub-tutmayacağı bəlli deyil.

Vazgen Manukyan deyib ki, bu gün günorta 1-də paralel mitinq təşkil edəcəklər, ondan sonra isə yürüş olacaq. O, daha sonra gözlənənlər haqda informasiya verməyib.

"Hərbi çevriliş belə olmur". Ermənistanlı ekspertlərin fikirləri
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Artıq Silahlı Qüvvələrin Baş Qərargahı da baş nazirin istefasını tələb edir. Radio Azatutyun Manukyandan soruşub ki, Paşinyan bundan sonra istefaya gedə bilərmi. Manukyanın sözlərinə görə, Paşinyan Baş Qərargahın tələbinin nə demək olduğunu anlamır. “Bu, hökmdür”, – o vurğulayıb.

Hazırda Baqramyan prospektinin hərəkət üçün bağlı olduğu xəbər verilir.

Fevralın 25-də Paşinyan ordu rəhbərliyinin istefa tələblərini rədd edib, ölkədə “çevriliş cəhdi” baş verdiyini deyib. Dünya liderləri isə siyasi böhranın həllindən ötrü tərəfləri de-eskalasiyaya çağırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG