Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Moskva və Ankara Ermənistandakı vəziyyətə reaksiya verdilər


Vladimir Putin (solda) və Nikol Paşinyan (Arxiv fotosu)
Vladimir Putin (solda) və Nikol Paşinyan (Arxiv fotosu)

Fevralın 25-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub.

Kremlin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, iki lider Ermənistanda yaranmış vəziyyəti müzakirə ediblər:

“Vladimir Putin Ermənistanda qayda-qanun və sakitliyin saxlanmasına, situasiyanın qanun çərçivəsində tənzimlənməsinə tərəfdar olduğunu bildirib. Rusiya dövlətinin başçısı bütün tərəfləri təmkinə çağırıb”.

Avropa İttifaqı Ermənistanda baş verən hadisələri diqqətlə izləyir və tərəfləri soyuqqanlılığı saxlamağa və vəziyyəti daha da kəskinləşdirəcək ritorika və hərəkətlərdən çəkinməyə çağırır.

Avropa İttifaqı xarici siyasət idarəsinin mətbuat xidməti bildirib:

“Fikir ayrılıqları parlament demokratiyası prinsiplərinə və proseslərinə uyğun olaraq dinc yolla çözülməlidir”.

Avropa İttifaqı xatırladıb ki, Ermənistan Konstitusiyasına görə silahlı qüvvələr siyasi məsələlərdə neytrallıq nümayiş etdirməli və mülki nəzarət altında olmalıdır.

Bəyanatnda deyilir ki, “demokratik və konstitusiya quruluşunun qorunub saxlanması” yaranmış böhrandan yeganə çıxış yoludur.

ABŞ-ın Ermənistandakı səfirliyi də hadisələri, o cümlədən maraqlı tərəflərin bəyanatlarını diqqətlə izlədiyini bildirib:

“Biz bütün tərəfləri sakitlik və təmkin nümayiş etdirməyə və gərginliyi dinc və zorakılığa əl atmadan azaltmağa çağırırq. Birləşmiş Ştatlar bizim ümumi dəyərlərimizə uyğun olaraq, Ermənistandakı demokratik islahatları dəstəkləyir, siyasi fikir ayrılıqlarının tənzimlənməsində demokratik təsisat və proseslərin mühümlüyünü vurğulayır”.

Türkiyə Ermənistanda ‘çevriliş cəhdini’ pisləyir

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, onun təbirincə deyilərsə, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı çevriliş cəhidini qətiyyətlə pisləyib və deyib ki, hərbiyyənin demokratik yolla seçilmiş liderin istefaslına çağırışı yolverilməzdir.

Reuters agentliyinin xəbərinə görə Türkiyə naziri Budapeştdə keçirilən mətbuat konfransında deyib:

“Biz dünyanın harasında baş verməsindən asılı olmayaraq bütün dövlət çevrilişi cəhdlərinin əleyhinəyik. Biz Ermənistanda baş vermiş çevriliş cəhdini pisləyirik”.

Çavuşoğlu əlavə edib ki, regionda belə bir sülh fürsətinin olduğu bir vaxtda belə hadisənin baş verməsi narahatlıq yaradır:

"Belə çevriliş cəhdləri pozucu addımlardır. Bu səbəbdən biz belə cəhdlərə qarşıyıq”.

Nazir deyib ki, Ankara hadisələri diqqətlə izləyir, lakin hələki Yerevanla bu istiqamətdə təmas olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG