Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 16:50

Bakıda çovğun gözlənir


Bakı. 2012

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 24-də Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir: "Güclü şimal-qərb küləyi əsəcək. Çovğun olacağı ehtimalı var".

Proqnoza görə, gecə və gündüz 0-4 dərəcə şaxta olacaq: "Gecə və səhər yolların buz bağlayacağı gözlənilir".

Açıqlamaya görə, fevralın 24-də Azərbaycanın rayonlarında isə havanın arabir dumanlı, yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı təxmin edilir: "Gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir".

Tibbi-meteoroloji xəbərdarlıq

Proqnoza görə, fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi ehtimal edilir. Bu da əksər insanlar üçün əlverişsizdir.

XS
SM
MD
LG