Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:17

İlk çərşənbə - Su çərşənbəsidir


Çay

Bu gün, fevralın 23-də Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsidir. (Novruzun gəlişindən asılı olaraq, hər il bir neçə gün fərqlə qeyd edilir)

Novruz bayramına dörd həftə qalmış dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.

Adətə görə, hələ gün doğmamışdan insanlar su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyərlər. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoyular. Başqa çərşənbələr kimi, tonqal da qalayarlar.

Su çərşənbəsinin öz adətləri var. Bu çərşənbədə, adətən, arxlar səliqəyə salınır, hovuzlar təmizlənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Deyilənə görə, Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qədim inanclara görə, kainat su, od, yel və torpaqdan yaranıb.

Azərbaycanda bu il martın 2-də Od, martın 9-də Yel, martın 16-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

2021-ci il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 13:37:00 qədəm qoyacaq.

Recommended

XS
SM
MD
LG