Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:23

Çin kommunistləri YAP-a vaksin göndərir


ÇKP-nin qurultayı. 2017

Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin (MK) hakim Yeni Azərbaycan Partiyasına (YAP) 10 min doza vaksin verilməsi barədə qərar qəbul etdiyi deyilir.

YAP-ın saytında yayılan məlumata görə, bu haqda ÇKP MK-nın Xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib. Onun sözlərinə görə, vaksinlər YAP-a yardım məqsədilə təmənnasız veriləcək və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.

YAP ilə ÇKP arasında 20 ildən artıq davam edən sıx qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur.

Xatırlatma

Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanıb.

İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunur.

Azərbaycan Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Vaksinlər mərhələlərlə ölkəyə gətirilir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə ümumilikdə 232 min 123 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 180 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG