Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:33

Bayden Trampın məxfi məlumatlara girişini bağlamaq istəyir


U.S. -- A combo photo shows U.S. Democratic candidate Joe Biden (left) and U.S. President Donald Trump

ABŞ prezidenti Co Bayden hesab edir ki, sələfi Donald Trampa Amerika gizli kəşfiyyat brifinqlərinə daxil olma icazə verilməməlidir. İndiyə qədər ABŞ-da bir ənənə var ki, keçmiş prezidentə kəşfiyyat orqanlarından gizli cari məlumat almaq imkanı verilir.

CBS-yə müsahibəsində Bayden deyib ki, stabil xarakterə malik olmadığı üçün Tramp bu hüquqdan məhrum olmalıdır.

Tramp dəfələrlə 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ kəşfiyyatının xəbərləri barədə şübhələrini dilə gətirib. Bundan başqa o, kəşfiyyat rəhbərlərini İrana münasibətdə "son dərəcə passiv və sadəlövh" münasibətlərinə görə kəskin tənqid edib.

2017-ci ildə Donald Trump Rusiya xarici işlər nazirinə "İslam Dövləti" terror qruplaşmasının planlaşdırılan əməliyyatı barədə gizli məlumatları açıqlayıb. BBC-nin verdiyi məlumata görə, bu, kəşfiyyat xidmətlərinin ABŞ prezidentinə olan inamını zəiflədib.

"Amerikanın Səsi"nin yazdığına görə, Donald Trampın ABŞ kəşfiyyat nümayəndələri ilə münasibətləri gərgin olub. O, Amerika kəşfiyyat xidmətinin nümayəndələrini dəfələrlə tənqid edib. Trampın keçmiş işçilərinə görə, Barak Obama və Corc Buşdan fərqli olaraq o, kəşfiyyat rəsmiləri ilə çox az brifinqlər keçirirmiş və həm də bu brifinqlər daha qısa olumuş.

XS
SM
MD
LG