Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:46

Polietilen torbalar pulsuz verilməyəcək


Polietilen torbalar

Ticarət, ictimai iaşə, məişət və başqa xidmətlərin göstərilməsi zamanı malların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron, qulplu, qulpsuz, yüngülçəkili polietilen torbalar ayrıca məhsul kimi təqdim ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov fevralın 2-də "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, həmin məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir.

Nazirlər Kabinetindən izah

Nazirlər Kabineti ticarət və ictimai iaşə müəssisələrində polietilen torbaların vətəndaşlara ayrıca məhsul növü kimi təqdim edilməsi barədə qərarına izah verib.

İzahda bildirilib ki, 15 mikrona qədər olan polietilen məhsulların idxalı, istehsalı, habelə ticarət, ictimai iaşə obyektlərində satılması və ya verilməsi qadağan edilib: "...Beynəlxalq təcrübədə istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edildikdə bu torbalara tələbat 50-60% azalır".

Recommended

XS
SM
MD
LG