Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 13:15

E.Rüstəmov: 'Bu gün Azərbaycanda devalvasiya üçün əsas yoxdur'


E.Rüstəmov
E.Rüstəmov

"2020-ci ildə Azərbaycan iqtisadiyyatı daxili və xarici şoklara adekvat cavab verib". Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov bunu bu gün, dekabrın 24-də Milli Məclisin 2021-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsində bildirib.

E.Rüstəmovun deməsinə görə, dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmaq, azad olunmuş ərazilərin yenidən qurulması işlərinə başlanması əsas vəzifələrdəndir.

O, habelə vurğulayıb ki, növbəti ildə büdcə xərcləri kontrsiklik olmaqla sabitliyə yönəlib. E.Rüstəmov əlavə edib ki, son illər büdcə kəsirinin artması müəyyən narahatlıq doğurur və onun qeyri-dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsi bunu deməyə əsas verir. Onun fikrincə, büdcə kəsirinin daha dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsinə ehtiyac var. MB rəhbərinin deməsinə görə, 2021-ci ildə 3-4 faiz inflyasiya proqnozlaşdırılır.

İqtisadçılar gələn il devalvasiya olacağını deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

E.Rüstəmov son günlər cəmiyyətdə devalvasiya ehtimalı ilə bağlı gedən müzakirələrə də münasibət bildirib: "Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın".

Kontrsiklik maliyyə siyasəti neft gəlirlərinin daha səmərəli istifadəsini və iqtisadi inkişafın enmə mərhələsi yaşandığı zaman ehtiyac olan miqdarda büdcəyə köçürülməsini nəzərdə tutur.

Azərbaycanda 2015-ci ilin fevral və dekabr aylarında devalvasiyalar baş vermişdi. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib.

Qarabağın bərpasına beynəlxalq fond yaradılması təklif edilir
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Xatırlatma

Layihəyə əsasən, 2021-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 25 mlrd. 427 mln. manat proqnozlaşdırılır. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 mlrd. 303 mln. manat və yaxud 5.4 faiz çoxdur.

Mövcud layihədə xərclər isə 28 mlrd. 543 mln. manat nəzərdə tutulur. Bu da 2020-ci ilə nisbətən 1 mlrd. 50.8 mln. manat və ya 3.8 faiz çoxdur. Layihədə neftin bir bareli 40 ABŞ dolları götürülüb. 2020-ci ilin büdcə sənədində isə bu, 35 dollar idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG