Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:10

Uyğurlara görə Çindən pambıq idxalına qadağa


Uyğurlar vağzalda, arxiv fotosu

Çin ordusuna bağlı bu şirkət Çində pambığın 30 faizini, dünya üzrə isə 6 faizini istehsal edir

Birləşmiş Ştatlar Çində uyğurlar və digər türk müsəlman azlıqlarla rəftara görə Çinə iqtisadi təzyiqi genişləndirir. Çinin böyük yarımhərbi təşkilatından pambıq məhsullarının idxalı qadağan olunub və bu, məcburi əməkdən istifadə ilə əlaqələndirilib.

ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi dekabrın 2-də bildirib ki, Sintzyan İstehsal və Tikinti Korporasiyasının (XPCC) istehsal etdiyi pambıq və pambıq məhsulları göndərişlərini müsadirə edəcək.

Çin ordusuna bağlı bu şirkət Çində pambığın 30 faizini, dünya üzrə isə 6 faizini istehsal edir.

İyulda ABŞ Xəzinədarlığı XPCC ilə bütün maliyyə tranzaksiyalarını yasaqlamışdı.

Son aylar Sintzyanda məcburi əmək riskləri ilə bağlı altı şirkətin məhsullarına qadağa qoyulur. ABŞ hökuməti Çinin uyğurları, digər etnik və dini azlıqları repressiya etdiyini deyir.

Çin isə ittihamları rədd edir.

XS
SM
MD
LG