Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 11:38

Fransada müəllimin öldürülməsiylə bağlı əməliyyatlar davam edir


Öldürülən müəllim anılır

Oktyabrın 16-da Parisin şimalında məktəbin qarşısında tarix müəllimi Samuel Patinin başı kəsilib. 18 yaşlı şübhəlinin isə polis tərəfindən öldürüldüyü bildirilir

Fransa hakimiyyəti müəllimin şübhəli islamçı tərəfindən öldürülməsi ilə əlaqədar polis əməliyyatlarının davam etdiyini bildirir.

Oktyabrın 16-da Parisin şimalında məktəbin qarşısında tarix müəllimi Samuel Patinin başı kəsilib. 18 yaşlı şübhəlinin isə polis tərəfindən öldürüldüyü bildirilir.

Rusiyada doğulmuş etnik çeçen olan həmin şəxs Parisdə yaşayırmış. Kəşfiyyat xidmətləri onu daha öncə tanımadıqlarını bildirirlər.

Bu qətl Fransada qəzəb doğurub, Prezident Emmanuel Makron və siyasi partiyalar hadisəni pisləyiblər.

Daxili işlər naziri Gerald Darmanin oktyabrın 19-da deyib ki, Fransada onlayn nifrətlə bağlı 80-dək təhqiqat aparılır.

Bu ayın əvvəlində Pati şagirdlərinə Məhəmməd peyğəmbərin karikaturalarını göstərmiş, ifadə azadlığı mövzunu izah etmişdi. Bu addımın müsəlman valideynləri qəzəbləndirdiyi bildirilir.

Darmanin deyib ki, şagirdlərdən birinin atası və tanınmış bir islamçı Patinin qətlinə çağırıb.

“Görünür, onlar müəllimə qarşı fətva veriblər”, – Darmanin söyləyib.

Beş il qabaq “Charlie Hebdo” satirik dərgisi Məhəmməd peyğəmbərin karikaturalarını dərc edəndən sonra redaksiyaya hücum edənlər əməkdaşları qətlə yetirmişdilər. Hazırda bu iş üzrə məhkəmə gedir.

XS
SM
MD
LG