Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:17

Tramp ‘ehtiyat olaraq’ Vaşinqtonda xəstəxanaya yerləşdirilib


Tramp xəstəxanaya gedir

COVİD 19 infeksiyasına yoluxduğu bildirilən ABŞ prezidenti ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı Walter Reed Milli Hərbi Tibb Mərkəzində xəstəxanaya yerləşdirilib.

Tramp xəstəxanaya Ağ Evdən vertolyotla oraya gedib. İlk dəfə virusa yoluxduğu məlum olduqdan sonra ictimaiyyət qarşısına çıxan ABŞ preidenti mətbuatla nümayəndələri ilə danışmayıb.

Bu barədə Ağ Ev-in yaydığı məlumatda prezidentin "yüngül infeksiya simptomları"nın olduğunu bildirilir və qeyd olunur ki, gün ərzində prezident iş başında olub. Vurğulanır ki, "ehtiyata görə" və həkim və tibb mütəxəssislərinin tövsiyəsi ilə prezident "yaxın bir neçə gün ərzində Walter Reed Mərkəzinin prezident binasında işləyəcək."

Tibb Mərkəzinə yollanmazdan əvvəl ABŞ prezidentinin Ağ Evdə qısa videomüraciəti yayılıb. Həmin çıxışında Tramp özünü yaxşı hiss etdiyini deyib və dəstək üçün amerikalılara təçəkkür edib.

XS
SM
MD
LG