Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Aviaşirkətlər 32 min işçini məcburi məzuniyyətə çıxarır


Arxiv fotosu
Arxiv fotosu

Konqresdən milyardlarla dollar yardım almış şirkətlərdən tələb olunurdu ki, sentyabrın sonunadək işçiləri ixtisar etməsinlər

ABŞ-ın iki böyük aviaşirkəti, “American Airlines” “United Airlines” oktyabrın 1-dən 32 mindən çox işçini məcburi məzuniyyətə çıxarmağı planlaşdırır. Ağ ev və Konqres isə koronavirusla bağlı yeni yardım paketini razılaşdırmağa çalışırlar.

Konqresdən milyardlarla dollar yardım almış şirkətlərdən tələb olunurdu ki, sentyabrın sonunadək işçiləri ixtisar etməsinlər.

25 milyardlıq yardım olunsa...

Şirkətlər isə bildiriblər ki, Tramp administrasiyası və Konqres iş yerlərinin daha altı aylığa qorunması üçün maaşlara dəstək kimi 25 milyard dollarlıq paketi razılaşdırsa, ixtisarları dayandıra bilərlər.

Donald Tramp administrasiyası və respublikaçıların nəzarətində olan Senat demokratların idarə etdiyi Nümayəndələr Palatası ilə yeni yardım paketini razılaşdırmağa çalışır. Bu paketdə hava nəqliyyatı şirkətlərinə yardım da nəzərdə tutulub.

Tərəflər arasında işsizlik sığortası, birbaşa ödənişlər, kirayə və ipotekaya yardım, kiçik bizneslərə dəstək, təhsil və yerli hökumətlərin maliyyələşdirilməsi üzrə fikir ayrılığı var.

Hava nəqliyyatı sənayesinə yardımı hər iki partiya dəstəkləsə də, bu yardım da ümumi paketə daxil edilməlidir.

Sentyabrın 30-da Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi ilə Maliyyə naziri Stiven Mnuçin bir aydan çox fasilədən sonra ilk dəfə üzbəüz görüş keçiriblər. Konqresmenlərə 3 noyabr seçkisinə qədər yardım paketini razılaşdırmaq üçün təzyiq olunur.

Nazir məbləği 1.5 trilyon dollara qaldırır

Mnuçin danışıqları Pelosi ilə son bir neçə həftədə ilk ciddi müzakirə adlandırıb. O deyib ki, yardım paketinin məbləğini 1.5 trilyon dollara qaldırmağı təklif edir. Senatdakı respublikaçılar bu məbləğin 600 milyard- 1 trilyon dollar olmasını istəyirlər. Yəni, demokrat və respublikaçı senatorların onu qəbul edə bilməsi üçün yetərli ola bilər.

Nümayəndələr Palatası bu həftə yardım planını açıqlayıb. Planın ümumi həcmi 1.2 trilyon dollardır. Mayda isə palata 3.4 trilyon dollarlıq plan təsdiqləmişdi.

Martda qəbul olunmuş 2 trilyon dollarlıq paketin yaz və yay ərzində iqtisadiyyata dəstək olduğu bildirilir.

ABŞ hava şirkətləri 2019-cu ildəki qrafikin yarısı qədər uçuşlar həyata keçirir, sərnişin həcmi 68 faiz azalıb. Şirkətlər vaksin hamıya əlçatan olmayınca işin tam bərpasını gözləmirlər.

Əlavə federal yardım olunmazsa, 100 min, ondan da çox işçinin ixtisara salına biləcəyi xəbər verilir.

Qlobal miqyasda isə koronavirusun səyahətə təsirindən 46 milyonadək iş yerinin itiriləcəyi proqnozlaşdırılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG