Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:52

110 yeni yoluxma, 1 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 110 yoluxma faktı qeydə alınıb, 127 nəfər sağalıb.

Bu məlumatı sentyabrın 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan bir nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 40229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1684-dür".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5469, indiyə qədər isə ümumilikdə 1115748 test icra olunub.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər təqribən 34 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG