Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Ukraynada bir günə 4 mindən çox yoluxma qeydə alınıb


Nyu York
Nyu York

Koronavirus pandemiyası “Walt Disney” şirkətini 28 minədək işçini ixtisara salmağa məcbur edib

Ukrayna son 24 saat ərzində koronavirusa 4 mindən çox yoluxma qeydə alındığını bildirir. Bu, martın ortasında pandemiya başlanandan ən böyük göstəricidir.

Səhiyyə naziri Maksim Stepanov sentyabrın 30-da Kiyevdə jurnalistlərə deyib ki, 4 min 27 nəfərin testi pozitiv çıxıb. Onlardan 276-sı uşaqlar və 171-i tibb işçiləridir.

733 nəfər xəstəxanaya yerləşdirilib.

İndiyədək Ukraynada 203 minə yaxın yoluxma təsdiqlənib, onlardan 4 min 129 xəstə vəfat edib.

“Walt Disney” ixtisarlara gedir

Koronavirus pandemiyası “Walt Disney” şirkətini 28 minədək işçini ixtisara salmağa məcbur edib. Bu şirkətin işi daha çox səyahətdən asılıdır deyə pandemiyadan ciddi ziyan görüb.

Artıq altı aydır şirkətin Kaliforniyadakı “Disneyland” parkı bağlıdır. Disney-in parklar bölümünün sədri Coş D'Amaro sentyabrın 29-da yaydığı bəyanatda deyib ki, şirkət “işçi qüvvəsinin ixtisarı prosesinə başlamaq kimi çox çətin qərar verib”.

D’Amaro Kaliforniyanın “Disneyland-in yenidən açılmasına imkan yaradılması üçün qadağaların qaldırılmasına getmək istəməməsini” əsas gətirib və bunun problemi daha da şişirtdiyini vurğulayıb. Şirkət ştatın təhlükəsiz təkrar açılım üçün qaydalar açıqlayacağını gözləyir.

Disney-in Çin, Fransa, Yaponiya və Floridadakı parkları koronavirusa görə uzun müddət bağlı qalandan sonra məhdudiyyətlə də olsa təkrar açılıb.

Nyu Yorkda cərimələr tətbiq olunacaq

Bu arada ABŞ-ın Milli Futbol Liqası bu mövsüm oyunlara başlayandan ilk dəfə yoluxma ocağı aşkarlandığını bəyan edib.

Nyu York şəhərinin meri isə bəyan edib ki, ictimai yerdə maskasız tutulan istənilən şəxs cərimələnəcək. Bill de Blasio deyib ki, ictimai yerdə maska taxmaqdan imtina edənlər min dollaradək cərimələnəcək.

Bu qərar müsbət COVID-19 testlərinin artdığı bir məqamda verilib.

“Biz adamları cərimələmək istəmirik, amma buna məcburuq və edəcəyik”, – de Blasio mətbuat konfransında deyib.

Nyu Yorkdan başqa 28 ştatda son iki həftə ərzində yeni koronavirusa yoluxmalar və xəstəxanaya yerləşdirilənlərin sayı artır.

Pandemiyadan Birləşmiş Ştatlarda 206 minədək, dünyada isə 1 milyondan çox insan vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG