Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:00

ABŞ İran silahlarına bağlı hədəflərə sanksiyalar qoyur


Mayk Pompeo (ortada) və ABŞ-ın İran üzrə xüsusi təmsilçisi Brayan Huk (sağda)
Mayk Pompeo (ortada) və ABŞ-ın İran üzrə xüsusi təmsilçisi Brayan Huk (sağda)

Dövlət katibi Mayk Pompeo BMT-nin İrana sanksiyalarının bərpa olunduğunu açıqlayıb, sanksiyaları pozanları tədbirlərlə hədələyib

Sentyabrın 21-də Birləşmiş Ştatlar İranın nüvə, raket və adi silah proqramlarında əli olan 20-dən artıq şəxs və quruma sanksiya tətbiq edib

Bu barədə məlumatı sentyabrın 21-də ABŞ dövlət katibi Maykl Pompeo verib.

Sentyabrın 19-da Birləşmiş Ştatlar İrana qarşı BMT-nin bütün sanksiyalarını birtərəfli qaydada yenidən işə salıb. Vaşinqtonun avropalı müttəfiqlərindən bəziləri bu addıma qarşı çıxırdı.

Dövlət katibi Mayk Pompeo BMT-nin İrana sanksiyalarının bərpa olunduğunu açıqlayıb, sanksiyaları pozanları tədbirlərlə hədələyib.

Sanksiyaları pozanlar cəzalandırılacaq

“Reuters”ə anonimlik şərtilə danışan rəsmi deyib ki, ilin sonunadək İranın nüvə silahı üçün yetərincə materialı ola bilər və Tehran nüvə silahlı Şimali Koreya ilə uzaqmənzilli nüvə əməkdaşlığını bərpa edib.

Ancaq rəsmi iddialarının heç birini əsaslandıracaq dəlil göstərməyib.

Pompeo-nun sözlərinə görə, BMT üzvləri “bu sanksiyaları həyata keçirmək öhdəliklərini yerinə yetirməzlərsə, Birləşmiş Ştatlar daxili səlahiyyətimizdən istifadə edərək buna görə tədbirlər görməyə hazırdır, İranın BMT-nin qadağan etdiyi fəaliyyətdən yararlanmasına imkan verməyəcək”.

Yeni sanksiyalar Avropa ölkələri, Çin və Rusiyaya xəbərdarlıqdır, sanksiyaları pozan şirkətlər buna görə cəzalanacaq.

Rəsmi deyib ki, Tramp administrasiyası sentyabrın 21-də İrandan adi silahları alıb-satanları hədəfləyən sərəncamı da açıqlayacaq.

ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq İran iqtisadiyyatına sanksiyaları bərpa edib. Britaniya, Çin, Fransa, Almaniya və Rusiya isə sazişdə qalıb.

İran da tədricən saziş çərçivəsindəki öhdəliklərini pozmağa başlayıb, az zənginləşdirilmiş uran ehtiyatını, eləcə də uranı zənginləşdirmə dərəcəsini artırıb. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir.

“İranın nüvə fəaliyyətini təhrikedici səviyyədə genişləndirməsi səbəbindən ilin sonunadək nüvə silahı üçün yetərincə materialı ola bilər”, – deyən rəsmi detalları açıqlamayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG