Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:49

İran da ABŞ-a xəbərdarlıq edir


Lana Marks
Lana Marks

“Politico” dərgisi bu günlərdə yazıb ki, İran prezidentin dostu, oktyabrda ABŞ-ın Cənubi Afrikada səfiri kimi and içmiş Lana Marksı öldürməyi planlaşdırır

Tehran Vaşinqtona “strateji səhv”lə bağlı xəbərdarlıq edib. Hökumətin sözçüsü Əli Rabeyi sentyabrın 15-də mətbuat konfransında deyib ki, hər hansı “yeni strateji səhv” baş verərsə, ABŞ rəhbərliyi “İranın qətiyyətli reaksiyası” ilə üzləşəcək.

Rabeyi onu da vurğulayıb ki, Tramp noyabr seçkisi öncəsi “hər hansı yeni avantürizmdən çəkinməlidir”.

Bundan öncə İranın Xarici İşlər Nazirliyi sui-qəsd planı barədə yazılanları “əsassız”, “anti-İran əhvalı yaratmaq” cəhdlərinin tərkib hissəsi adlandırıb.

***

İranın hər hansı hücumu ABŞ-ın ‘min dəfə artıq’ reaksiyasına səbəb olar

ABŞ Prezidenti Donald Tramp deyir ki, İran tərəfdən hər hansı hücum xeyli böyük reaksiyaya səbəb olar. Prezident bunu İranın general Qasım Süleymaninin qətlinin qisası üçün ABŞ diplomatını öldürməyi planlaşdırması xəbərlərinə cavab olaraq deyib.

“İran tərəfdən Birləşmiş Ştatlara qarşı hər hansı, istənilən formada hücum İrana qarşı min dəfə artıq hücuma səbəb olacaq!” – Trump sentyabrın 14-də tvitində yazıb.

İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) elit Qüds Qüvvələrinin komandiri olan Süleymani yanvarda ABŞ-ın Bağdad yaxınlığına dron zərbəsində öldürülüb.

Niyə məhz səfir?

“Politico” dərgisi bu günlərdə yazıb ki, İran prezidentin dostu, oktyabrda ABŞ-ın Cənubi Afrikada səfiri kimi and içmiş Lana Marksı öldürməyi planlaşdırır.

“Mətbuatın yazdığına görə, İran terrorçu lider Süleymaninin öldürülməsinə cavab olaraq qətl, yaxud Birləşmiş Ştatlara qarşı başqa bir hücum planlaşdıra bilər...” – Trump Twitter-də yazıb.

“Politico”nun sentyabrın 13-də dərc etdiyi məqalədə ABŞ kəşfiyyat məlumatlarına istinadla İran hökumətinin belə bir planından söz açılır. Adı çəkilməyən rəsmilərin sözlərinə görə, Marksa ümumi təhdiddən hələ yazda xəbərləri olub, ancaq təhdidlə bağlı kəşfiyyat məlumatları son həftələr daha da konkretləşib. Pretoryadakı İran səfirliyinin bu plana cəlb olunduğu iddia edilib.

ABŞ hökumət rəsmisi deyib ki, 66 yaşlı Marksa təhdid haqda məlumat verilib. Ancaq İranın niyə məhz onu hədəfə almaq istəməsi aydın deyil. “Politico”nun yazmasına görə, səfir İran rejiminin Süleymaninin qətlinə görə qisas planında variantlardan biridir.

Süleymani öldürüləndən bir neçə gün sonra İran İraqda ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya ballistik raketlər atıb, onlarla əsgər beyin travması alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG