Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:23

Tunisdə milli qvardiyanın postuna hücum olub


Tunis xüsusi qüvvələrinin əməkdaşı, Sus qəsəbəsi, arxiv foto

Bazar günü Tunisin Sus kurort qəsəbəsində şübhəli yaraqlılar avtomobillə Milli Qvardiyanın nəzarət-buraxılış məntəqəsini dağıdıblar. Məlumatlara görə, bir polis zabiti öldürülüb, biri də yaralanıb. Qaçıb gizlənməzdən əvvəl yaraqlılar silah və bir polis maşını ələ keçiriblər. Təqib zamanı polislər hər üç yaraqlını güllələyib.

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirirlər. Ancaq həmin şəxslərin hansısa bir ekstremist qrupla əlaqəli olub-olmadığı hələlik bəlli deyil. Tunisdəki əsas təhdidin Suriya, Liviya və eyni zamanda İraqdan qayıdıb ölkənin müxtəlif yerlərinə səpələnən cihadçılarla bağlı olduğu deyilir.

İndiki terror hücumu Tunisdə yeni hökumətin işə başlamasından iki gün sonraya təsadüf edir. Aralıq dənizi sahilindəki Sus şəhəri 2015-ci ildə ölkədə böyük terror hadisəsinin baş verdiyi yer olub. Həmin vaxt otellərdən birinə edilən hücum zamanı baş verən atışmada 38 britaniyalı turist ölüb.

XS
SM
MD
LG