Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 05:26

Pashinian yenidən Qarabağa gəlib


Nikol Pashinian Azərbaycanın işğal altıdakı Dağlıq Qarabağ bölgəsində (solda), Ermənistanın müdafiə naziri Davit Tonoian (sağda), 29 avqust 2020

Ermənistanın baş naziri Nikol Pashinian yenidən, avqustun 29-da Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində olub.

Bu barədə AzadlqıRadiosunun erməni xidməti məlumat yayıb. Verilən məlumatlara görə, Pashinian separatçı qurumun nümayəndələri ilə görüşüb. Pashinian Ermənistanın baş naziri olandan sona dəfələrlə Azərbaycanın işğal olunmuş bölgəsində olub. Hətta onun oğlu da Azərbaycanın işğal altındakı bölgəsində hərbi xidmət keçib.

Ermənistan baş naziri Dağlıq Qarabağın da danışıqlarda ayrıca tərəf kimi iştirakını istəyir. Azərbaycan isə Dağlıq Qarabağdakı mövcud idarəçiləri tanımır və onları separatçı sayır.

Azərbaycanın mövqeyinə görə, Dağlıq Qarabağ bölgəsinin yalnız hər iki icması prosesə eyni formada qatıla bilər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Şərhlər

Multimedia

XS
SM
MD
LG