Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Sentyabr, şənbə, Bakı vaxtı 08:38

Suriyada ABŞ və Rusiya hərbçiləri arasında toqquşma olub, yaralanan var-VİDEO


Suriya, ABŞ və Rus hərbçiləri, arxiv foto

Suriyada Rusiya hərbi polisi ilə ABŞ-ın hərbçiləri arasındakı doqquşmada dörd ABŞ hərbçisi yüngül xəsarət alıb. Bu barədə ABC News xəbər verir.

Məlumatda bildirilir ki, hadisə Rusiyaya məxsus zirehli döyüş maşınları (BTR) ABŞ hərbi maşınlarını itələyib yoldan çıxararkən baş verib. Hadisə çərşənbə axşamı səhər ölkənin şimal-şərqində Derik şəhəri yaxınlığında baş verib. ABŞ Milli Təhlükəsizlik Şurasından verilən xəbərə görə, beynəlxalq koalisiya patrulu zamanı Rusiyanın bir zirehli döyüş maşını Amerika zirehli avtomobilinə çırpılıb. Avqustun 26-da "Rus Vesna.ru" saytında hadisənin baş verdiyini göstərən video paylaşılıb.

Həmin videoda üzərində Rusiya bayraqları olan zirehli maşınların Amerikaya məxsus hərbi maşınları necə təqib etdiyi və bu zaman toqquşma baş verdiyi görünür. Ağ Ev Rusiya hərbçilərinin hərəkətlərini təhlükəli və qeyri-peşəkar adlandırıb. Açıqlamada vəziyyətin iki ordunun qərargah rəisləri tərəfindən müzakirə edildiyi vurğulanır.

Videoda həmçinin Rusiyaya məxsus zirehli hərbi maşınların havadan Rusiyaya məxsus iki döyüş helikopteri tərəfindən necə müşayət edildiyi də görünür.

Suriyadakı qarşıdurmanı şərh edən Rusiya Müdafiə Nazirliyi bildirir ki, ABŞ ordusu Rusiyaya məxsus hərbi polis karvanının keçməsini əvvəlcədən bildiyi halda patrulun qarşısını almağa çalışıb. Amma videonu şərh edən ekspertlər hesab edirlər ki, nazirliyin verdiyi açıqlama yayımlanan videoda baş verənlərə uyğun gəlmir.

XS
SM
MD
LG