Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:58

Dünya iqtisadi forumu gələn ilin yayına qaldı


Arxiv foto

Gələnin ilin yanvarında Davosda keçirilməsi planlaşdırılan dünya iqtisadi forumu koronavirus pandemaiyası səbəbindən təxirə salınıb. Bu barədə forumun təşkilatşıları məlumat yayıblar. Məlumatda deyilir ki, 2021-ci ilin yanvarında planlaşdırılan forum gələn ilin yayında keçiriləcək. Yanvar ayına təyin edilən tarixdə isə "Davos dialoqu" mövzusunda onlayn müzakirələr olacaq.

1971-ci ildə təsis edilən Dünya İqtisadi Formu İsveçrənin qeyri-hökümət təşkilatıdır. Dünyanın müxtəlif ölkələrində olan minə yaxın iri şirkət və təşkilat bu Forumun üzvüdür.

2020-ci ilin yanvarında 50-ci- yubiley forum keçirilib. Bu forumda 117 ölkədən 3 mindən çox nümayəndə, o cümlədən 50 ölkənin lideri iştirak edib. Bundan başqa sözügedən forumda 36 ölkəndən olan milyarderlər də iştirak edib.

Onların arasında Mark Zuckerberg, George Soros və Bill Gates olub. Tədbirdə isveçli fəal Greta Thunberg çıxış edib.

XS
SM
MD
LG