Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:53

Belarusun bir şəhərində etirazçıların bütün tələbləri qəbul edilib


Qrodna şəhərində aksiya, 19 avqust 2020

Belarusun iri şəhərlərindən biri olan Qrodnada (şəhər Polşa və Litva sərhəddi yaxınlığında yerləşir-red. ) şəhər rəhbərliyi ilk dəfə olaraq prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən fəalların bütün tələblərini qanuni hesab edib.

Şəhərin icra komitəsi tətil edən fabriklərin həmkarlar ittifaqları və müxalifət namizədi Svetlana Tikhanovskayanın qərargahında göstərilən tələblərin yerinə yetirilməsinə razılıq verib. Qrodna Daxili İşlər İdarəsinin rəhbərliyi, həbs olunanların hamısından açıq üzr istəyib. İcazəsiz mitinqlərdə iştirak etdiyinə görə polisin həbs etdiyi bütün adamlar sərbəst buraxılıb.

Bundan əlavə, şəhər icra komitəsinin saytında "İctimai Qoşulma Şurası" nın yaradıldığı elan olunub. Bura həm prezident Aleksandr Lukashenkaya qarşı çıxan müxalifət, həm də ictimai hərəkatların nümayəndələri, həmçinin icra və qanunverici orqanların rəsmiləri daxildir.

Bundan sonra kütləvi tədbirlər şəhərin əsas meydanlarında keçiriləcək

Bundan əlavə, Qrodna şəhər rəhbərliyi kütləvi tədbirlərin əsas meydanlarda - əvvəlcədən xəbərdar edilməklə keçirilməsinə icazə verib və qeyd olunub ki, belə olduğu halda etirazçılara tibbi, polis və texniki dəstək təşkil ediləcək. Həmçinin, Grodna Regional Deputatlar Şurası prokurorluğa "ictimai qaydanın pozulması hallarına obyektiv baxılması" tələbi ilə müraciət hazırlayıblar.

Belarusdakı siyasi böhran müxalifətin prezident seçkilərindən rəsmi nəticələri qəbul etməməsindən sonra başlayıb. Beləki ölkənin Mərkəzi Seçki Komissiyası Aleksandr Lukashenkanı qalib elan edib. İlk üçn gün ərzində yüzlərlə etirazçı həbs edilib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmada bir nəfər həlak olub.

Avqustun 9-dan davam edən aksiyalarda Lukashenkadan istefaya getməsi tələb olunur. Ölkədəki əsas iri sənaye müəssisələrində də tətillər elan edilib.

XS
SM
MD
LG