Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:53

79 yoluxma aşkarlanıb, 2 ölüm


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 10-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 513 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5 015, ötən müddət ərzində isə ümumilikdə 790 141 test aparılıb.

Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 20 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 734 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG