Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:04

İqtisadçı: ‘Necə ola bilər ki, aprel, may, iyun aylarından sonra avqust ödənilsin’


Azərbaycan manatı, arxiv foto
Azərbaycan manatı, arxiv foto

Sərtləşdirilmiş karantinin tətbiq olundğu 13 şəhər və rayon üzrə 278 min şəxsə 190 manat veriləcək. Bu barədə avqustun 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

“Ödəmə aprel-may ayları üzrə birdəfəlik ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına aid olan şəxslərə veriləcək.”

Nazirlik qeyd edib ki, bu ödəmələr həmin bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək:

“Bu məqsədlə 53 milyon manat vəsait sərf olunacaq”

İlham Əliyev, 23 iyul 2020
İlham Əliyev, 23 iyul 2020

Elə həmin gün president İlham Əliyev də bununla bağlı göstəriş verdiyini açıqlamışdı. Bu ödənişlərin olunması COVİD-19 pandmeiyasının Azərbaycanda yaratdığı problemlrlə bağlıdır. Pandmeiyanın qarısını almaq üçün Azərbaycanda 2020-ci ilin mart ayının 24-dən karantin rejimi tətbiq edilir.

Bu ödənişlər nə vaxtdan verilməyə başladı?

Karantin rejiminin tətbiq olunduğu dövrdə işsizlərə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi barədə ilk qərarı Azərbaycan Nazirlər Kabineti 2020-ci il aprelin 4-də imzalayıb.

Rəsmi açıqlamaya görə, bu qərar aprel-may aylarında 600 min nəfər insanı əhatə edib. İyun ayında isə birdəfəlik ödənişlər artıq, bütün ölkə üzrə deyil, sərt karantin rejimi tətbiq olunan yerlərə aid edilib.

Bunun da 284 min nəfəri əhatə etdiyi ( sərt karantinin tədbiq edildiyi yerlər bəzən dəyişdirilir) qeyd olunub. İyun ayı üçün ödənişin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə aprel-may aylarında 190 manat yardım almış şəxslərə şamil olunduğu açıqlanıb.

Bəs iyul?

2020-ci ilin iyul ayında birdəfəlik ödənişlərin olub-olmayacağı ilə bağlı isə nə nazirlik, nə də prezident heç nə deməyib. Beləliklə iyul ayı üçün ödənişlər məsələsi açıq qalıb və bu qeyri-müəyyənlik indiyə kimi davam etməkdədir.

"Bu dorğu deyil"

Natiq Cəfərli, arxiv foto
Natiq Cəfərli, arxiv foto

İqtisadçı ekspert Natiq Cəfərli Azadlıq Radiosuna deyir ki, aprel ayında qərar verilərkən cəmi 200 min nəfərə 190 manat birdəfəlik ödəniş verilməsi nəzərdə tutlurdu. Onun qeyd etməsinə görə, sonradan isə müraciətlər həddən artıq çoxaldı, yardım ediləcək şəxslərin sayı 600 min nəfəri keçdi və artıq, hökumət buna məhdudiyyət tətbiq etdi:

“Bu doğru qəarar deyildi. Hökumət öncədən bilə-bilməzdi ki, nə qədər insan müracit edəcək, karantin rejimi və pandemiyanın insanlara təsiri nə qədərdir?. Odur ki, öncədən say mhdudiyyətinin qoyulması yanlış idi. Hökumət say həddindən asılı olmadan bütün müraciətləri qəbul etməli, bundan sonra müyəyən meyarlara uyğun müraciət edənlərə 190 manat bir dəfəlik ödənişlə bağlı qərar verməli idi.”

İqtisadçıya görə, ikinci səhv qərar iyun ayı ilə bağlı ödənişin sərt karantin zonasına aid olunması idi.Onun qeyd etməsinə görə, odur ki, pul alanların sayı 600 min nəfərdən 284 min nəfərə endirildi:

“Burada hökumətin məntiqi ondan ibarət idi ki, digər bölgələrdə işləmək mümkündürsə onlara işsiliklə bağlı müavint vermək doğru deyil. Bu da yanlış qərardır”.

İqtisadçı əlavə edir ki, iyul ayında ümumiyyətlə ödəniş olmadı. Baxmayaraq ki, iyun ayında olduğu kimi iyul ayında da tətbiq olunan qadağalar eyni idi:

“İndi sentyabrın 1-inə kimi də eyni qadağalar tətbiq olunur. Odur ki, bu qərarı həddən artıq ədalətsiz bir addım kimi qiymətləndirirəm”, deyə N.Cəfərli bildirib.

Üstəlik, yardımın verilmə şərtlərini də tənqid edənlər var.Onların fikrincə, ailədə ər və xanımı da işləmirsə onlardan yalnız birinə yardımın verilməsi düz deyil. Üstəlik, pay torpağı və VÖEN-i ( vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ) olan işsizlərin də yardımdan kənarda saxlanması da tənqid edilən şərtlərdən idi.

“İyul da verilsin”

Qabad İbadoğlu, arxiv foto
Qabad İbadoğlu, arxiv foto

İqtisadçı Quabad İbadoğlu da hesab edir ki, yardım iyul ayı üzrə də verilməlidir. “Necə ola bilər ki, aprel, may, iyun aylarından sonra avqust ödənilsin? Axı arada iyul qalır? ”deyə Q.İbadoğlu sual edir. Onun fikrincə, eyni zamanda bu müşavirə göstərdi ki, 190 manatın veriılməsi və verilməməsi yalnız İlham Əliyevdən asılıdır:

“Bütün Azərbaycanda yaşayan...”

“Göründüyü kimi, o şəxsən göstəriş verməzsə, hətta insanlar acından ölsə belə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrəinə düşən funksiyanın icrası istiqamətində qorxusundan bir addım belə ata bilməz. Nə isə buna da şükür, amma hesab edirəm ki, iyul ayının da ödənişi avqustla birlikdə verilməlidir. 190 manat yalnız sərt karantin rejimində olan şəhər və rayonlarda deyil, bütün Azərbaycanda yaşayan aztəminatlı işsizlərə ödənilməlidir”.

Rəsmilər nə deyir?

Arxiv foto
Arxiv foto

Səsələnən bu fikirlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-ndən münasibət almaq mümkün olmayıb. AZƏRTAC-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu məsələ ilə bağlı bu gün, avqustun 7-də keçirdiyi mətbuat konfransında belə bir məlumat idfadə edib ki, bununla da COVID-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə isə “ Turan” agentliyinə qeyd edib ki, bu ilk növbədə sərt karantin rejmi şəratində yaşayan bölgədə işizlərə, iş yerlərindən məhrum olanlara aiddir və vacib məsələdir.

Onun sözlərinə görə, sərt karantin rejimi olmayan yerlərdə, maneələr yoxdur. A.Mirzəzadə hesb edir ki, həmin regionlarda da işsz kimi qeydiyyata alınanlar karantindən asılı olmadan bu müavinəti alacaqlar:

“Amma bu sərt karantin tətbiq edilən regionun digərlrəindən fərqi ondan ibarətdir ki, karantinə görə işini itirmiş insanlar da işsiz kimi həmin müavinəti alırlar”-deyə bildirib.

Xatırlatma

Arxiv foto
Arxiv foto

COVİD-19 pandmeiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı.Amma bu əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazı almalı olurdular.

Avqustun 5-dən amma sərt karantin rejimi bir qədər yumşaldılıb. SMS-lə icazə yenidən ləğv edilib, çimərliklər açılıb. Bu arada işsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel və may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlanıb.

Sonrakı ayda da Bakı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsinin davam etdiyi açıqlanmışdı. Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının ardan qaldırılması üçün 3,5 milyard manatlıq paket olduğunu açıqlayıb.Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 19 milyon 272 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 717 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ndiyədək ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 nəfərin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG