Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Avqust, şənbə, Bakı vaxtı 10:44

Kirmanşahda yanacaq tankerləri alışıb


Arxiv fotosu

İranın qərbində yerləşən Kirmanşah şəhəri yaxınlığında yük maşını parkında yanacaq tankerləri alışıb, sakinlər arasında çaxnaşma yaranıb.

Vali Fazlollah Ranjbar rəsmi IRNA agentliyinə deyib ki, yanğın iyulun 28-də bir maşında təmir zamanı başlanıb, digərlərinə yayılıb.

Vali partlayış olmadığını deyib. Onun sözlərinə görə, yanğınsöndürmə cəhdləri davam edir.

Dördü yanğınsöndürən olmaqla beş nəfər xəsarət alıb.

Yerli hakim orqanların məlumatına görə, tankerlər İranın Neft Nazirliyinə deyil, özəl şirkətə məxsus olub.

Son həftələr İranda müxtəlif hərbi və mülki obyektlərdə partlayışlar baş verib.

Şərhlər

XS
SM
MD
LG