Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Avqust, bazar, Bakı vaxtı 11:48

Səid Bakuvi ev dustaqlığına buraxılıb


S.Məmmədzadə (Bakuvi)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadə (Bakuvi) ev dustaqlığına buraxılıb.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, iyulun 20-də Xətai Rayon Məhkəməsinin hakimi Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə S.Məmmədzadənin istintaq müddətinə ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilib: "S.Məmmədzadə avqustun 15-ə qədər ev dustaqlığına buraxıldı. Müdafiə tərəfi keçən həftə verdiyi vəsatətdə ölkədə koronavirus epidemiyasının olduğunu, həmçinin S.Məmmədzadənin himayəsində azyaşlı uşağın olmasını bildirmişdi".

S.Məmmədzadə mayın 19-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilmişdi.

AXCP cinayət işinin saxtalaşdırıldığını və S.Məmmədzadənin təqibinin siyasi motivli olduğunu bəyan edib.

Daxili İşlər Nazirliyi isə S.Məmmədzadənin hər hansı partiyanın üzvü olub-olmamasının bu məsələyə aidiyyəti olmadığını bildirmişdi.

XS
SM
MD
LG