Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 17:05

Fransanın yeni baş nazirinin adı açıqlandı


Emmanuel Macron (öndə) və Edouard Philippe

Fransa Prezidenti Emmanuel Macron aparıcı dövlət qulluqçusu Jean Castex-ni yeni baş nazir təyin edib. Castex ölkədə koronavirus karantinini yumşaltmaq qaydalarını hazırlayan şəxsdir.

55 yaşlı Castex Fransanın Milli İdman Agentliyinin prezidenti vəzifəsində çalışıb, 2024-cü il Paris Olimpiya Oyunlarına hazırlığa nəzarət edib.

***

Fransanın baş naziri istefa verir

Fransanın Baş naziri Edouard Philippe Prezident Emmanuel Macron tərəfindən gözlənən hökumət dəyişikliyi öncəsi istefa verib.

Yelisey sarayının iyulun 3-də yaydığı bəyanata görə, yeni kabinet formalaşanadək Philippe hökumətin işlərini idarə edəcək. Bəyanatda Macron-un “bir neçə saata” baş naziri təyin edəcəyi vurğulanır.

Yeni hökumətin formalaşdırılması üçün Philippe-yə müraciət olunacağı bəlli deyil.

Macron-un La République En Marche! partiyası bələdiyyə seçkilərində Yaşıllar Partiyasına uduzandan sonra prezident mərkəzçi hökumətini yeniləmək qərarına gəlib.

Müşahidəçilərin fikrincə, Philippe ictimaiyyət arasında prezidentdən daha populyardır deyə, onun əvəzlənməsi Macron üçün siyasi qumar olar.

Baş nazir ölkədə iğtişaşlar zamanı davamlı sadiqlik göstərib və 2022-ci ildə prezidentə rəqib ola bilər.

XS
SM
MD
LG