Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:41

Krımda Dzhemilev işi üzrə hazırlıq iclası təxirə salınır


Mustafa Dzhemilev (öndə ortada)

Rusiyanın nəzarətində olan Krımda veteran tatar lideri, tanınmış sovet dövrü dissidenti Mustafa Dzhemilev-in qiyabi məhkəməsində hazırlıq iclası təxirə salınıb. Dzhemilev Rusiyanın Ukraynanın bu regionunu qanunsuz ilhaq etməsinə qarşı çıxıb.

Məhkəmənin təxirə salınmasına nə təqsirləndirilən, nə də onun müdafiəçilərinin dövlət ittihamçılarından rəsmi ittihamnaməni almaması səbəb olub. Bunu Dzhemilev-in vəkili Nikolai Polozov deyib. O, müdafiə tərəfinin ittihamların mahiyyətindən xəbərdar olmadığını söyləyib.

Rusiya İstintaq Komitəsinin apreldə bildirməsinə görə, Ukrayna parlamentini 76 yaşlı üzvünə qarşı “Rusiya sərhədini qanunsuz keçmə, ciddi fəsadlar törədən odlu silah saxlama, qanunsuz sursat saxlama” ittihamları ilə istintaq başladılıb.

Ukrayna prezidentinin Krımdakı təmsilçi ofisi bu addımı siyasi motivli adlandırıb.

Dzhemilev Krım tatarlarının özünüidarəetmə orqanı olan Məclisin sədri idi, sonradan bu qurum Moskvanı dəstəkləyən yerli hakimiyyət tərəfindən qadağan olundu.

Dzhemilev sovet vaxtı aparıcı insan haqları fəalı olub, 1966-1986-cı illərdə sovet həbsxanalarında altı dəfə həbs cəzası çəkib.

O, 303 günlük aclıq aksiyası ilə ad çıxarıb. Bu, sovet insan haqları hərəkatında ən uzun aclıq aksiyası idi.

Rusiya yarımadanı tutandan Dzhemilev Krıma buraxılmayıb.

XS
SM
MD
LG