Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Ölüm sayı 50-ni keçdi


1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Son gündə Azərbaycanda 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və iki nəfər ölüb.

Bu barədə bugün, mayın 25-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1955 və 1956-cı il təvəllüdlü şəxslərdir: "Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 273 min 411 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 522 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 347 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG