Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 09:40

Biden: Trump seçkini təxirə salmağa çalışacaq


Joe Biden

ABŞ Prezidenti Donald Trump noyabr seçkisini udmaq niyyətilə onu təxirə salmağa cəhd edəcək. Belə bir proqnozla Demokratlardan prezidentliyə namizəd olacağı gözlənən Joe Biden çıxış edib.

“Sözlərini yadda saxlayın, məncə, o, seçkini nə cürsə təxirə salmağa çalışacaq”, – Biden dünən – aprelin 23-də onlayn ianə tədbiri zamanı deyib.

77 yaşlı keçmiş vitse-prezidentin fikrincə, bu, “onun seçkini uda biləcəyini düşündüyü yeganə yoldur”.

Hazırda digər ölkələr kimi, ABŞ da pandemiya ilə mübarizə aparır, ölkədə 26,4 milyon iş yeri bağlanıb. Belə bir durumda Trump-ın qələbəyə yolu daha çətin görünür, “Frans Pres” yazır.

Artıq onlarla ştat praymeriz seçkisini təxirə salıb.

Biden Trump-ı Ağ evdə hər gün keçirdiyi koronovirus brifinqlərini seçki təbliğatına çevirməkdə ittiham edib.

ABŞ-da 869 min nəfərdən çox insan koronavirusa yoluxub, onlardan 50 minə yaxını vəfat edib.

XS
SM
MD
LG