Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:45

Tacikistanlılar terror aktı planlaşdırmaqda şübhəli bilinir


Arxiv fotosu

Almaniyada Amerika hərbi obyektlərinə və adı çəkilməyən şəxsə hücum planlaşdırdığı iddia olunan beş nəfər saxlanıb. Onların hamısı Tacikistan vətəndaşıdırlar və İslam Dövləti (İD) terror qruplaşmasının üzvləri olduqları bildirilir.

Şübhəlilərin dördü ölkənin Şimali Reyn-Vestfaliya əyalətində aprelin 15-də səhər saxlanıblar. Beşinci şübhəli isə ötən ilin martın saxlanmışdı.

İttihamnaməyə görə, bu şəxslər İD qruplaşmasına 2019-cu ilin yanvarında qoşulublar və onlara təşkilatın Almaniyada özəyini yaratmaq tapşırılıb.

Şübhəlilərin ilk öncə öz vətənləri Tacikistanda hücum planlaşdırdıqları, sonradan hədəfi Almaniyaya, bu ölkədəki ABŞ Hava Qüvvələri bazalarına və islam dinini tənqid edən bir nəfərə yönəltdikləri bildirilir.

İttihamnamədə qrupun odlu silah, birinin bomba hazırlama təlimatı əldə etdiyi vurğulanır.

XS
SM
MD
LG