Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 10:12

Dünyada 28 milyona yaxın tibb bacısı var


Belçikada tibb bacısı qrafitisi

Covid-19 pandemiyası dünyada tibbi işçi qüvvəsini gücləndirməyin vacibliyini ortalığa çıxardı. Bu haqda Dünya Səhiyyə Təşkilatının (DST) “Dünyada Tibbi Bacılarının vəziyyəti” adlı hesabatında söz açılır.

Hesabatda tibb bacılarından ibarət işçi qüvvəsində əhəmiyyətli boşluqlardan söz açılır, onların təhsilinə, iş yerlərinə investisiyanın vacibliyi vurğulanır.

Qeyd olunur ki, hazırda dünyadakı tibb işçilərinin yarıdan çoxu tibb bacılarından ibarətdir. Tarixən də, elə indinin özündə də tibb bacıları epidemiya ilə mübarizənin önündə gedirlər. Bütün dünyada onlar şəfqət, cəsarət nümunəsi göstərirlər. “İndiyədək heç vaxt onların dəyəri belə aşkar görünməyib”, – hesabatda vurğulanır.

“Tibb bacıları istənilən səhiyyə sisteminin əsas sütunudur. İndi bir çox tibbi bacısı Covid-19-la mübarizənin önündə gedir”, – DST-nin Baş direktoru Dr Tedros Adhanom Ghebreyesus deyib.

Hesabata görə, hazırda dünyada 28 milyona yaxın tibb bacısı var. 2013-2018-ci illər ərzində onların sayı 4,7 milyon nəfər artıb. Amma dünyada daha 5,9 milyon tibbi bacısına ehtiyac var. Bu sahədə ən böyük çatışmazlıq Afrikada, Cənub-şərqi Asiyada, DST-nin Şərqi Aralıq regionunda, Latın Amerikasının bəzi hisslərində yaşanır.

XS
SM
MD
LG