Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:39

Pələngdə də koronavirus tapıldı


Koronavirus aşkarlanmış pələngin adı Nadyadır

Nyu York şəhərində bir zooparkda pələngdə koronavirus aşkarlanıb. Bu, Birləşmiş Ştatlarda heyvanda rəsmən qeydə alınan ilk yoluxma halıdır.

Virusun pələngə zoopark əməkdaşından keçdiyi güman edilir. Həmin əməkdaş yoluxsa da simptomları olmayıb. Daha altı pələng və şir də xəstələnib, amma zoopark heyvanlardan yalnız birini test edib. Digərlərində də quru öskürək, iştahanın itməsi müşahidə olunub.

Heyvanlardan yalnız birinin üzərində test aparılmasına səbəb odur ki, bu halda onları anesteziya ilə yatırmaq lazım gəlir.

Veterinar Jane Rooney deyib ki, xəstəliyin heyvandan insana keçməsinə sübut yoxdur.

Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi heyvanların testdən keçirilməsini tövsiyə etmir, amma adamlara onlarla təması azaltmağı, heyvanlara toxunandan sonra əlləri yumağı məsləhət görür.

Xəstələnmiş zoopark əməkdaşının vəziyyəti yaxşıdır.

Nyu York şəhərində 100 mindən çox təsdiqlənmiş yoluxma qeydə alınıb.

XS
SM
MD
LG