Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 08:37

Məhkəmələr təxirə salınır


Ali Məhkəmə

Bəzi məhkəmə prosesləri təxirə salınıb. Amma təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunub. (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair).

Bu barədə Ali Məhkəmə Plenumu qərar verib.

Buna səbəb kimi ölkədə koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi göstərilib.

Qərara əsasən, hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunacaq.

Fiziki, hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya, kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilib.

Bu qərar aprelin 20-nə qədər qüvvədədir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 9 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

Habelə, martın 29-na qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

XS
SM
MD
LG