Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Mart, Bazar ertəsi, Bakı vaxtı 17:27

İcra başçıları təyin olundu


İ.Əliyev

Prezident İlham Əliyev martın 5-də iki rayona icra başçısı təyin edib.

Nahid Bağırov İsmayıllı, Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı olacaq. Onlardan birinin 40, digərinin 30 yaşı var.

İ.Əliyev həmin şəxsləri ayrıca qəbul edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev bu ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində həbs olunmuşdu. DTX-nın məlumatına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul tələb edib.

Məhkəmənin qərarı ilə İ.Vəliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov haqqında da eyni qərar verildiyi bildirilir.

XS
SM
MD
LG