Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 17:25

Albaniya və Şimali Makedoniyaya ümid verirlər


Avropa Komissiyasının Brüsseldə qərargahı

Martın 2-də Şimali Makedoniya və Albaniya ümidverici xəbər alıblar. AB-nin icraedici qanadının yaydığı yenilənmiş proqres hesabatında deyilir ki, hər iki ölkə nəticələr ortaya qoyub, AB-yə üzvlük danışıqlarının başlanmasına hazır görünürlər.

Avropa Komissiyası bildirir ki, bu iki Balkan ölkəsi 2018-ci ilin iyunundan bəri “işlərini sürətləndirib və əsas sahələr üzrə gözəçarpan və davamlı nəticələr əldə ediblər”.

Bu hesabat iki ölkənin üzvlük danışıqlarının başlanması üçün tarix əldə etməsi şansını artırır.

Fransa Prezidenti Emmanuel Macron oktyabrda Skopye və Tirana ilə danışıqların başlanmasına qarşı çıxmışdı. O, ötən ay deyib ki, Avropa Komissiyası martda müsbət qiymət verərsə, üzvlük danışıqlarının başlanmasına icazə verməyə hazırdır.

“Avropa Komissiyası Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarının başladılması tövsiyəsinin arxasında qətiyyətlə dayanır, ümid edirəm, Üzv Ölkələr bir neçə həftəyə müsbət qərar verəcəklər”, – Genişlənmə komissarı Oliver Varhelyi yazıb. O, iki ölkənin AB standartlarına uyğun olaraq iqtisadiyyat, ədliyyə sahələrində, digər sahələrdə islahatlar apardığını vurğulayıb.

XS
SM
MD
LG