Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 15:13

Rusiyadan səyahət xəbərdarlığı


Pxenyan, 26 fevral, 2020-ci il

Rusiyanın istehlakçıların mühafizəsi agentliyi vətəndaşlarına İtaliya, Cənubi Koreya və İrana getməməklə bağlı xəbərdarlıq edib. Bu ölkələrdə koronovirus yayılmaqdadır.

“Rospotrebnadzor” fevralın 26-da rusiyalılara xəbərdarlıq edib ki, “epidemioloji vəziyyət sabitləşməyənədək” bu üç ölkəyə səyahət etməsinlər.

Moskva bundan qabaq koronavirusa görə çinli ziyarətçilərin ölkəyə girişinə qadağa qoymuşdu.

Çində COVID-19 xəstəliyindən 2 min 700-dən çox adam ölüb, 78 min nəfər yoluxub.

Cənubi Koreyada mindən çox insan yoluxub, 11 nəfər ölüb.

İranda rəsmən 15 nəfərin öldüyü, 100-dək insanın yoluxduğu, İtaliyada 11 ölüm, 300-dən artıq yoluxma qeydə alınıb.

Rusiyada aşkarlanan iki yoluxma halı çinlilərə aid idi, hər ikisi müalicə olunaraq xəstəxanadan buraxılıb.

“Rospotrebnadzor” ölkədə yeni yoluxma halının qeydə alınmadığını bildirir.

Qazaxıstanın baş sanitar həkimi də deyib ki, martın 1-dən İrana uçuşları təxirə salmaq planlaşdırılır. https://rus.azattyq.org/a/30455396.html

Zhandarbek Bekshin-in fevralın 26-də Nur-Sultanda mətbuat konfransında bildirməsinə görə, Cənubi Koreyaya uçuşlar da azaldılacaq, həftəyə 9-dan 3-ə salınacaq.

Qazaxıstanda indilik koronavirusa yoluxma aşkarlanmayıb.

XS
SM
MD
LG