Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Aprel, Cümə, Bakı vaxtı 00:50

Fələstinli silahlılar İsraili raket atəşinə tutub


Qəzzə zolağı, 23 fevral, 2020-ci il

Fevralın 23-də fələstinli silahlılar İsrailin cənubuna 20-dək raket atıb. Buna İsrail qüvvələrinin bir fələstinli silahlını öldürməsi olub. Həmin şəxs İsrail-Qəzzə hasarı yaxınlığına bomba yerləşdirməkdə şübhəli bilinərək öldürülüb.

İsrail ordusunun məlumatına görə, “Dəmir Günbəz” raketdən müdafiə sistemi 10-dək raketi tutub. Ölən, yaxud xəsarət alanlar haqda açıqlama verilmir. Bu, son aylarda gerçəkləşən ən ağır raket hücumudur.

Hücuma görə məsuliyyəti götürən olmasa da, silahlının ölümünə görə qisas hesab olunub. Öldürülən şəxsin İslam Cihadı qruplaşmasının silahlı qanadı Saraya al-Quds-un üzvü Mohammad el-Na'em olduğu bildirilir.

Silahlının İsrail buldozerindən sallanan cəsədinin fotosu fələstinliləri qəzəbləndirib.

İsrail ordusunun sözçüsünün izahına görə, cəsəd buldozerin köməyi ilə Qəzzədən çıxarılıb ki, əsgərlərə təhlükə yaranmasın.

Bu insident İsraili Qəzzədən ayıran təhlükəsizlik hasarı boyunca nisbi sakitliyin hökm sürdüyü bir dönəmə təsadüf edir.

XS
SM
MD
LG