Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 23:41

Kabildə intiharçı hücumunda azı 5 nəfər öldürülüb


Hadisə yeri

Kabildə hərbi akademiya yaxınlığında intiharçı hücumu törədilib, azı 5 nəfər öldürülüb.

Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi fevralın 11-də törədilmiş partlayışda beşi dinc sakin olmaqda 12 nəfərin yaralandığını deyib.

Müdafiə Nazirliyi 6 nəfərin yaralandığını deyir.

Hücuma görə hələlik, məsuliyyəti götürən olmayıb. Hadisə hökumətin tabeçiliyində olan Marshal Fahim Hərbi Akademiyasının girəcəyindəki nəzarət məntəqəsində baş verib.

Bir şahid atışmadan sonra böyük partlayış baş verdiyini deyib.

Daha öncə bu akademiyanı hədəfə alan hücumlar törədilib. Ötən ilin mayındakı hücuma görə İslam Dövləti (İŞİD) ekstremist qruplaşması məsuliyyəti götürmüşdü.

Bu arada Birləşmiş Ştatlar və Taliban Əfqanıstanda 20 ilə yaxındır gedən münaqişəni bitirmək üçün sülh sazişi üzərində işləyirlər.

XS
SM
MD
LG