Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

İranlı reper Türkiyədə azadlığa buraxılıb


Amir Hossein Maghsoudloo

Populyar iranlı reper Tataloo Türkiyədə bir həftə saxlanandan sonra azadlığa buraxılıb. Onun İrana deportasiya oluna biləcəyi sarıdan narahatlıq var idi.

Əsl adı Amir Hossein Maghsoodloo olan Tataloo fevralın 3-də 3 milyonadək izləyicisi olan Instagram səhifəsinə video yerləşdirib. Videoda onun İstanbulda təcridxanadan çıxdığı görünür.

İran rəsmiləri Tataloo-nun yanvarın 28-də, Interpol-un onunla bağlı “qırmızı xəbərdarlığı” əsasında saxlandığını bildirmişdilər. Reperin “vətəndaşları, özəlliklə gəncləri narkotik maddə, xüsusilə psixotrop maddələr qəbul etməyə həvəsləndirdiyi, korrupsiya yaydığı” üçün həbsinin istənildiyi deyilirdi.

Türkiyə polisi isə BBC-yə demişdi ki, son vaxtlar Türkiyədə yaşayan reper “viza qaydalarını pozduğuna” görə həbs olunub. Eyni zamanda reperlə bağlı narkotik maddələrdən dolayı qırmızı xəbərdarlıq verildiyi də vurğulanırdı.

Repert İranda bir neçə dəfə saxlanıb, onun peyk kanalları ilə əməkdaşlıq etdiyi iddia olunub. O, saxlanmazdan öncə Britaniyada konsert verməyə getməliyidi.

Tataloo-nun azarkeşləri onun azadlığa buraxılmasına çağırırdı, İrana veriləcəyindən, orada ədalətsiz məhkəmə, işgəncə ilə üzləşə biləcəyindən narahat idilər.

XS
SM
MD
LG