Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 17:54

WADA Prezidenti nədən razı qalıb


Witold Banka (solda) və Craig Reedie

Ümumdünya Antidopinq Agentliyinin (WADA) vəzifədən getməkdə olan prezidenti Craig Reedie deyir ki, vəzifə müddətində rəhbərlik etdiyi qurumun Rusiyanın dopinq böhranını necə yoluna qoymasından xüsusilə razı qalıb.

“WADA göstərdi ki, bu görünməmiş səviyyədə yalan və korrupsiyanın öhdəsindən səmərəli şəkildə gəlməkdən ötrü iradəsi, təcrübəsi və hüquqi alətləri var”, – o, dekabrın 30-da yaydığı vida mesajında yazır.

Əslən Şotlandiyadan olan Reedie Britaniya Olimpiya Assosiasiyasının keçmiş sədridir, WADA 1999-cu ildə təsis olunandan ona cəlb edilib. O, 2013-cü ildə antidopinq agentliyinin başçısı seçilib və artıq ikinci prezidentlik dönəmini başa vurur.

O, prezident vəzifəsində, 2014-cü ildə ortaya çıxmış Rusiyanın dopinq qalmaqalına WADA-nın reaksiyasını formalaşdırıb. Sonucda Rusiyanın komandası 2016 və 2018-ci il olimpiadaları daxil olmaqla beynəlxalq yarışlardan uzaqlaşdırılıb.

Gələn ildən WADA prezidentliyinə Polşanın keçmiş idman naziri Witold Banka keçəcək.

XS
SM
MD
LG