Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:23

500 kiloqram qanunsuz heroin ələ keçirilib


Heroin

Belarus polisi ölkə tarixində “ən böyük” həcmdə, 500 kiloqramdan çox qanunsuz narkotik maddə ələ keçirdiyini bildirir.

Daxili İşlər Nazirliyinin sözçüsü Volha Chamadanava dekabrın 23-də deyib ki, adı açıqlanmayan “Aralıq ölkəsi”ndən dörd nəfər noyabrın sonunda Minskdə saxlanıb. Onlardan biri qadındır. Bundan öncə isə hüquq-mühafizə əməkdaşları 550 kiloqram heroini müsadirə ediblər.

Chamadanava bunun indiyədək Belarusda ələ keçirilən ən böyük heroin partiyası olduğunu söyləyib.

Nazirlik heroinin Əfqanıstandan gəldiyini, Avropa Birliyi ərazisi üçün nəzərdə tutulduğunu bildirir. Nazirlik deyir ki, qanunsuz maddə mebelin içində gizlədilərək ünvana çatdırılacaqdı.

XS
SM
MD
LG