Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 18:23

Suriyada yaşayan bosniyalılar deportasiya olunub


Bosniya polisi deportasiya olunanları aeroportdan aparır

Bosniya və Herseqovina polisi bildirir ki, Suriyada yaşayan 25 vətəndaşı deportasiya olunub.

Altı qadın, yeddi kişi və 12 uşaq İslam Dövləti silahlı qruplaşmasının əlində olan ərazidə yaşayırmış. Sonradan bu ərazi kürd qüvvələrin nəzarətinə keçib.

25 bosniyalı dekabrın 19-da Sarayevo Beynəlxalq Aeroportuna çatıb.

Onları polis, sosial xidmətlər, tibbi personal qarşılayıb, tibbi yoxlamadan keçiblər.

Qadınların və uşaqların daha sonra Sarayevo yaxınlığındakı Delijas sığınacaq mərkəzinə aparılacağı bildirilir. Onlar mərkəzdə maksimum 15 gün qalacaq, daha sonra ailələrinə qovuşacaqlar.

Kişilər isə İŞİD-ə dəstəyə görə mühakimə olunacaqlar.

XS
SM
MD
LG