Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:43

Naxçıvanın Ali Məclisi də buraxıldı


V.Talıbov

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də növbədənkənar seçkilər keçiriləcək.

Bu barədə dekabrın 9-da Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Buna əsas kimi Prezident İlham Əliyevin imzaladığı «Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında» Sərəncam və Naxçıvan Muxtar Respublikası Konstitusiyası göstərilib.

Naxçıvan MR Ali Məclisinə növbədənkənar parlament seçkiləri, Azərbaycan Milli Məclisinə olduğu kimi, fevralın 9-na təyin edilib.

Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Onun parlamentinin tərkibi 45 deputatdan ibarətdir. Muxtar respublikada da növbəti parlament seçkiləri əslində gələn ilin noyabrında olmalı idi.

Xatırlatma

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Milli Məclisi isə 125 deputatdan ibarətdir.

XS
SM
MD
LG