Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 11:02

Aeroport yaxınlığında partlayışda 6 nəfər yaralanıb


Arxiv fotosu

Dekabrın 9-da Bağdad Beynəlxalq aeroportu yaxınlığında ABŞ qüvvələrinin yerləşdiyi hərbi kompleksə bir neçə raket atılıb, altı iraqlı əsgər yaralanıb. Məlumatı ordu yayıb.

Təhlükəsizlik mənbələrinin deməsinə görə, yaralılar İraqın elit Antiterror Xidmətinin üzvləridir. Bu xidməti ABŞ qüvvələri yaradaraq onlara təlim keçib. Yaralılardan ikisinin ağır durumda olduğu bildirilir.

Bu kompleksdə bir qrup ABŞ əsgəri və diplomatı da qalır.

Bəyanatda vurğulanır ki, düzgün atılmayan raketlər ərazidə qalıb və görünür, daha böyük hücum planlaşdırılırmış.

İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazalara, yaxud Bağdaddakı ABŞ səfirliyinə vaxtaşırı raket zərbələri baş verir.

Son altı həftə İraqda ABŞ hədəflərinə azı 9 hücum həyata keçirilib.

Hələlik, hücuma görə məsuliyyəti götürən və ABŞ əsgərlərindən xəsarət alan olmayıb.

Təhlükəsizlik mənbələri hücumlardan azı birini İranla sıx əlaqələri olan, Vaşinqtonun qara siyahıya saldığı Kataib Hizballah şiə qruplaşması ilə əlaqələndirir.

XS
SM
MD
LG